Zidan "Yuventus"u çalışdıra bilər
16 İyul 2014 15:07 İdmanFransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan sabiq klubu "Yuventus"u çalışdıra bilər. Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis Antoni Kontenin istefasından sonra Turin təmsilçisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən sayılır. Zidanla yanaşı, Massimiliano Alleqri, Roberto Mançini, Luçano Spaletti və Fabio Kapello da namizədlər sırasında göstərilir. Daha öncə "Bordo"nun təklifini rədd edən Zidan hazırda "Real" (Madrid) klubunun ikinci komandası Kastilya"nı çalışdırır.
Qeyd edək ki, Zidan 1996-2001-ci illərdə "Yuventus"un şərəfini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31