Noyer Messini geridə qoydu

"DÇ-2014"ün ən yaxşı qapıçısı olan Almaniya millisinin qolkiperi Manuel Noyer daha bir uğura imza atıb. Qol.Az-n "eurosport.com"a istinadən verdiyi məlumata görə, mundial ərzində cəmi 4 qol buraxan təcrübəli qapıçı verdiyi dəqiq ötürmələri ilə də diqqət çəkib. Dünya çempionatının 7 oyununda 244 dəqiq ötürmə verən Noyer bu göstəricidə Argentina yığmasının hücumçusu Lionel Messini geridə qoyub. Messi isə mundial ərzində cəmi 242 dəqiq ötürmə verə bilib.

Qeyd edək ki, Noyer bu göstəricidə Messi ilə yanaşı, Luka Modriç (Xorvatiya), Tomas Müller (Almaniya), Oskar (Braziliya), Anxel di Mariya (Argentina), Andres İniyesta (İspaniya), Kərim Benzema (Fransa), Stiven Cerard (İngiltərə) və Neymar (Braziliya) kimi futbolçuları da qabaqlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31