"Yuventus" Alleqri ilə danışıqlara başladı
16 İyul 2014 11:51 İdmanAntonio Konte ilə yolları ayıran "Yuventus" yeni baş məşqçi axtarışlarına başlayıb. Qol.Az-ın "Sky İtalia"ya istinadən yaydığı xəbərə görə, bu vəzifəyə əsas namizədin "Milan"ın keçmiş çalışdırıcısı Massimiliano Alleqri olduğu bildirilir. Artıq İtaliya klubun onunla danışıqlara başladığı iddia edilib. Digər namizədlərin Roberto Mançini, Zinəddin Zidan, Luçano Spalletti olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31