Çempionlar Liqası: "Qarabağ" klubu qalib gəldi

Dünən Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Trend-in məlumatına görə, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" klubu Maltada "Valletta"nın qonağı olub.
Qurban Qurbanovun komandası "Valetta"-nı 1:0 hesabı ilə məğlub edib. Qolun müəllifi oyunun 17-ci dəqiqəsində Çumbinyo olub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31