"Qarabağ" Çempionlar Liqasında debüt matçına çıxır

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Turnirdəki yeganə təmsilçimiz "Qarabağ" klubu bu axşam Maltada "Valletta"nın qonağı olacaq. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq Ağdam təmsilçisi debüt matçında qələbə qazanmağa çalışacaq. Qurban Qurbanovun komandası Bakı vaxtı ilə saat 21:30-da başlayacaq görüşün əsas favoriti hesab olunur. "Valletta"nın "Qarabağ"a necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək. Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq həmin oyun saat 21:30-da başlayacaq.

15 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:30. "Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Adrien Jakkottet (İsveçrə)
"Ta Qali" stadionu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31