"Qəbələ"nin sabiq baş məşqçisi "Trabzonspor"da!
15 İyul 2014 12:35 İdmanTürkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisi Vahid Halilhociçin köməkçiləri müəyyənləşib. Bosniya və herseqovinalı mütəxəssislə çalışacaq mütəxəssislər arasında "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak da var. Kavlak Azərbaycanda ilk dəfə "Qarabağ"da köməkçi-məşqçi kimi fəaliyyətə başlayıb. O, 2009-cu il iyunun 1-dən 2010-cu il iyunun 1-dək çalışıb. Ardından türkliyəli mütəxəssis "Qəbələ"də işləyib. Kavlak 2011-ci il noyabrın 18-dək məşqçi, 2012-ci il sentyabrın 27-dək baş məşqçi olub.
Qeyd edək ki, Vahid Halilhociçə Fransadan gətirdiyi Jaki Bonnevay, fiziki hazırlıq üzrə məşqçi Siril Muan, qapıçılarla işləyən Maykl Bulli, fitness məşqçisi Sendi Gişar və "Trabzonspor"lu 2 məşqçi kömək edəcək. Halilhociç bu vəzifəyə gələnədək Əlcəzair millisi ilə DÇ-2014-ün 1/8 finalınadək irəliləməyib bacarıb. Bu komandanın qarşısını sonradan dünya çempionu olan Almaniya kəsib. Sportnet.az