Çempionlar Liqasında bu gün
15 İyul 2014 12:24 İdmanBu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Təmsilçimiz "Qarabağ"ın "Valletta" ilə oyunuyla yanaşı bu axşam daha 11 görüş keçiriləcək. Ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Albaniyanın "Skenderbeu" klubu Belarusda BATE-nin qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Günün son qarşılaşması İslandiyada keçiriləcək. Burada yerli "Reykravik" klubu Şotlandiya nəhəngi "Seltik"i qəbul edəcək. Bu matçın start fiti Bakı vaxtı ilə gecə saat 00:00-da veriləcək.
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin qalan görüşləri sabah axşam keçiriləcək. Bu mərhələnin cavab oyunları isə 15-16 iyul tarixlərində keçiriləcək. Qol.az
15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunları
21:45. "Slovan" (Slovakiya) - TNS (Uels)
22:00. BATE (Belarus) - "Skenderbeu" (Albaniya)
22:00. "Şerif" (Moldova) - "Sutyeska" (Monteneqro)
22:30. "Zrinski" (Bosniya və Hersoqovina) - "Maribor" (Sloveniya)
23:00. "Santa Koloma" (Andorra) - "Makkabi" (Təl-Əviv, İsrail)
23:00. "Rabotniçki" (Makedoniya) - HİK (Finlandiya)
23:45. "Kliftonvill" (Şimali İrlandiya) - "Debrecen" (Macarıstan)
23:45. "Dinamo" (Tiflis, Gürcüstan) - "Aktobe" (Qazaxıstan)
23:45. "Partizan" (Serbiya) - "Torşhavn" (Farer adaları)
23:45. "Sparta" (Çexiya) - "Levadiya" (Estoniya)
00:00. "Reykravik" (İslaniya) - "Seltik" (Şotlandiya)
16 iyul
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Jalgiris" (Litva)
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Dudelanj" (Lüksemburq)
22:00. "Malmö" (İsveç) - "Ventspils" (Latviya)
22:30. "Stromsqodset" (Norveç) - "Styaua" (Rumıniya)
23:45. "Legiya" (Polşa) - "Sent Patriks" (İrlandiya)