"Fənərbaxça" futbolçusu ilə müqavilə yenilədi
14 İyul 2014 20:30 İdmanAvropa klubunun transfer hədəfində olan "Fənərbaxça"nın futbolçusu Caner Erkin komandası ilə müqavilə yeniləyib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu "Fənərbaxça" ilə 5 illik müqavilə imzalayıb. "Fənərbaxça" mənim ailəmdir. Uzun illər burada oynamaq istəyirəm" - deyə Caner imzalanma mərasimindən sonra bildirib.
Qeyd edək ki, Caner Erkin 2010-cu ildən "Fənərbaxça"nın şərəfini qoruyur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31