Əvvəl "Neftçi", sonra "Koper"
14 İyul 2014 20:15 İdmanAvropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Neftçi" - "Koper" matçından bir gün öncə - sabah hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq jurnalistlərin qarşısına "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev çıxacaq. Saat 18:30-da jurnalistlərin suallarını cavablandıracaq B.Hacıyevdən bir saat sonra "Koper"in çalışdırıcısı Rodolfo Vanolinin mətbuat konfransı keçiriləcək. Saat 19:00-da "Neftçi"nin, bir saat sonra isə "Koper" klubunun mətbuat üçün açıq məşqi baş tutacaq.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Koper" oyunu iyulun 17-də, saat 20:00-da başlayacaq.