Məsut Özil hər kəsi təəccübləndirdi
14 İyul 2014 13:29 İdmanO, Almaniya yığmasının qələbəsindən sonra öz "instagram" səhifəsində Türkiyə və Almaniyanın bayraqlarını paylaşıb. Almaniya yığmasının Dünya Çempionatı kubokuna sahib çıxmasından sonra, komandanın heyətində təmsil olunan türk futbolçu Məsut Özülün etdiyi hərəkət hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Məsut Özil komandasının qələbəsindən sonra öz "instagram" səhifəsində Türkiyə və Almaniyanın bayraqlarını paylaşıb. Almaniyada yaşayan türklər Özilün bu hərəkətini çox bəyəniblər.
Qeyd edək ki, FİFA 2014-cü il dünya çempionatının final qarşılaşması başa çatıb. Argentina yığması ilə Almaniya millisi arasında baş tutmuş həlledici qarşılaşmanın qalibi almanlar olub. Qarşılaşmanın 90 dəqiqəlik bölümü 0-0 hesabla başa çatsa da 113-cü dəqiqədə Mario Qötzenin rəqib qapısından keçirdiyi qol Almaniyaya Dünya Çempionu titulunu qazandırıb. Anspress