Şakira finalda təəccübləndirdi (FOTO) VIDEO
Müğənni DÇ-nin qapanış mərasimində səhnəyə oğlu qucağında çıxıb
14 İyul 2014 10:53 İdman2014 FIFA Dünya Çempionatının bağlanış mərasiminə Şakira damğa vurub.ANS PRESS-in məlumatına görə, Almaniyanın qalib olduğu çempionatın qapanış mərasimi Braziliyanın Marakana stadionunda baş tutub. 2014 FIFA Dünya Kubokunun qapanışını kolumbiyalı Şakira edib.
Gecənin ən maraqlı hadisəsi isə Şakiranın Pikedən olan oğlu Milanı özü ilə səhnəyə çıxarması olub. Azyaşlı Milan səhnəyə anasının qucağında çıxıb. Müğənninin bu addımı böyük marağa səbəb olub. Balaca Mİlan isə anasının qucağında ətrafda baş verənləri izləyib.
Marakana stadionundakı məraismə 75 minə yaxın insan qatılıb. Tədbirdə Brazilyaya məxsus rəngli geyimli rəqqaslar üstünlük təşkil ediblər.
Şakira braziliyalı musiqiçi Karlinhos Brovn ilə səhnədə məşhur "La la la" mahnısını səsləndirib.
Aleksandra Pires küçə rəqqaslarının iştirakı ilə çempionatın rəsmi marşı olan "Dar Um Jeito"yu ifa ediblər.