Azarkeşlərə şad xəbər!

Sabah baş tutacaq "Valetta"-"Qarabağ" matçı canlı yayımlanacaq

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan) oyunu canlı yayımlanacaq.

ANS PRESS-in məlumatına görə, "Qarabağ" futbol klubu azarkeş marağını nəzərə alaraq oyununun canlı yayımlanması təşəbbüsünü öz üzərinə götürüb. Matç "İdman Azərbaycan" kanalı ilə canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, "Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan) oyunu sabah Bakı vaxtı ilə 21:30-da start götürəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31