Rihanna almanların qoluna belə sevindi (FOTO)
Barbadoslu müğənni Almaniya yığmasını qələbə münasibəti ilə təbrik edib
14 İyul 2014 08:54 İdmanBu gecə Almaniya yığması ilə Argentina millisi arasında keçirilən Dünya Çempionatının final qarşılaşmasında tanınmış müğənni Rihanna da tamaşaçı qismində iştirak edib.NS PRESS-in xəbərinə görə, barbadoslu müğənni almanların qalibiyyətini böyük sevinclə qarşılayıb.
Mario Qötzenin vurduğu həlledici qoldan sonra tvitter sosial şəbəkəsində uzun-uzadı "Qoooooollllll" yazan müğənni, növbəti tvitdə, "Super kənət Mario" yazıb. Sevincdən köynəyini də çıxaran müğənni bu şəklini də sosial şəbəkədə paylaşıb.
Barbadoslu müğənni növbəti tvitində Almaniya yığmasını qələbə münasibəti ilə təbrik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31