Ronaldo İspaniyanın ən yaxşısı oldu

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo 2013/2014 mövsümündə İspaniyanın ən yaxşı futbolçusu adını qazanıb. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu Alfredo Di Stefano mükafatı uğrunda mübarizədə hamını qabaqlayıb. Ümumilikdə 35 səs toplayan Ronaldo ötən mövsümün ən yaxşısı olub. "Atletiko" (Madrid) klubunun sabiq forvardı Dieqo Kosta 16 səslə ikinci pillədə qərarlaşıb. "Barselona"nın ulduz futbolçusu Lionel Messi cəmi 7 səs toplaya bilib.

Qeyd edək ki, Ronaldo ötən mövsüm Madrid klubu ilə İspaniya kuboku və Çempionlar Liqasını qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31