Hafiz Məmmədov: “Bu, Azərbaycan üçün vacib hadisədir”

"Bu, həm mənim, həm də öz ölkəm üçün çox vacib hadisədir. "Land of fire Azerbaijan" brendinin İngiltərənin köklü klubu ilə əməkdaşlığı bizi sevindirməyə bilməz". Bu sözləri İngiltərə "Şeffild Uensdey"inin sahibi Hafiz Məmmədov klubun saytına bildirib. Bu gün "Şeffild Uensdey" yeni mövsümdən oyunlara üzərində üzərində "Land of fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) yazılan formalarla çıxacağını açıqlayıb. H.Məmmədov xatırladıb ki, buna qədər Fransanın "Lans" və İspaniyanın "Atletiko" klubları ilə eyni məzmunlu əməkdaşlıq müqaviləsi imzalayıblar. "Futbolun yarandığı Stali ilə əməkdaşlıq isə Azərbaycanı bu şəhərə yaxınlaşdırır" - deyə o bildirib. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31