“Land of fire Azerbaijan” rəsmən İngiltərədə
11 İyul 2014 19:10 İdmanMadridin "Atletiko" və Fransanın "Lans" klublarından sonra İngiltərənin "Şeffild Uensdey" komandası da yeni - 2014/15 mövsümündən oyunlara üzərində "Land of fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) yazılan formalarla çıxacaq. Bu haqda bu gün "Şeffilild Uensdey"in rəsmi saytı məlumat yayıb. Yeni forma bu gün rəsmi olaraq "York Siti"yə qarşı keçiriləcək yoxlama oyununda təqdim olunacaq. Xatırladaq ki, bir müddət əvvəl "Bakı" klubunun prezidenti Hafiz Məmmədov "Şeffild Uensdey"in səhmlərini alıb.
Qeyd edək ki, artıq "Şeffild Uensdey"in "Land of fire Azerbaijan" yazılı formaları satışa çıxarılıb. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31