"Barselon"a "bomba"nı partlatdı

Klub uruqvaylı Luis Suaresi transferini rəsmən açıqlayıb

İspaniyanın "Barselona" klubu gözlənilən transferi həyata keçirib. Klub bu gün Uruqvaylı futbolçu Luis Suaresin transfer edilməsi üçün İngiltərənin "Liverpul" klubu ilə anlaşdığını rəsmən açıqlayıb. Uruqvaylı futbolçunun gələn həftə sağlamlıq testindən keçəcəyi bildirilir. Katoloniyalılar Suareslə 5 illik müqavilə imzalayacaq. İspaniya mətbuatının yazdığına görə, Barselona Suaresin transferi üçün Liverpula 88 milyon avro ödəyəcək. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31