Neymar göz yaşlarını saxlaya bilmədi VIDEO

“Barselona” və Braziliya yığmasının hücumçusu müsahibə verərkən duyğulanıb

Futbol  "Barselona" və Braziliya yığmasının hücumçusu Neymar Kolumbiya-Braziliya matçında Xuan Sunyiqayla onurğa zədəsi aldığı toqquşmasını şərh edərkən ağlayıb. Düzəlməsi üçün ay yarım vaxt lazım olduğunu bildirən Neymar "Bəxtim gətirdi. Sunyiqa 2 santimetr aşağı dəysəydi, həyatımın qalan hissəsini əlil arabasında keçirərdim" deyə hadisəyə şərh verdi. Hər bir halda Sunyiqanı da bağışladığını bildirən oyunçu "O mənə zəng elədi və üzr istədi, mən ona qəzəbli deyiləm" dedi.

Qeyd edək ki, hazırda oyunçunun müalicəsi uğurlu davam edir. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31