Neymar: “Finalda Argentinaya azarkeşlik edəcəm”

"Almaniyaya niyə məğlub olduğumuzu bilmirəm. Mən bu komandanın bir parçasıyam, bunu söyləməkdən utanmıram. Tiaqo Silva, Fred və digər futbolçularla bir komandada oynadığım üçün qürur hissi keçirirəm". Qol.Az-ın xəbərinə görə, bu sözləri Braziliya millisinin hücumçusu Neymar "AS" qəzetinə açıqlamasında deyib. Komandasının yarımfinalda Almaniyaya məğlubiyyətindən məyus olduğunu bildirən Neymar DÇ-2014-ün finalında Argentina millisinə azarkeşlik edəcəyini vurğulayıb: "Argentina millisində mənim "Barselona"dakı komanda yoldaşlarım - Messi və Maskerano oynayır. Ona görə də həmin komandaya dəstək olacam. Əminəm ki, ən azı bu iki futbolçuya görə Argentina dünya çempionluğunu qazanmağa layiqdir". Gənc hücumçu deyib ki, DÇ-2014-də Kolumbiya ilə matçda rəqib futbolçusu Suniqa onu zədələdikdən sonra üzr istədiyini də söyləyib: "Amma onurğamdakı sınıq iki sm daha aşağıda olsaydı, əlil arabasına möhtac olacaqdım. Mənim üçün çətin durumdur. Amma indi gəzə bilməyim belə məni sevindirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31