Mourinyo: "Klozenin qarşısında baş əyirəm, amma.."
10 İyul 2014 20:25 İdman"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Almaniya millisinin hücumçusu Miroslav Klozenin dünya çempionatları tarixində 16 qolla braziliyalı Ronaldonu geridə qoymasına münasibət bildirib. "Yahoo Sport"a danışan portuqaliyalı mütəxəssis Klozenin Ronaldo ilə müqayisə edilməməli olduğunu deyib: "Kloze Ronaldo deyil. Bəli, mən Klozenin dünya çempionatlarında qırdığı rekorda hörmətlə yanaşıram, onun qarşısında baş əyirəm. Ancaq Maradonadan sonra ən yaxşı futbolçu hesab etdiyim Ronaldo bu mundialda ona məxsus olan rekord göstəricini Klozeyə təhvil verdi. İstənilən halda, mən Ronaldonu son 20 ilin ən yaxşı futbolçusu hesab edirəm".
Qeyd edək ki, "DÇ-2014"də iki dəfə fərqlənən Kloze 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri adını qazanıb. Qol.az