"Sumqayıt"dan daha bir transfer

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son olaraq "Rəvan"da çıxış etmiş Kamil Nurəhmədov komanda ilə 2 illik müqavilə imzalayıb. 23 yaşlı futbolçu "Sumqayıt"da 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2011/2012 mövsümündə "Sumqayıt"da çıxış etmiş Kamil Nurəhmədov həmin mövsüm komandada ən çox oyun keçirmiş futbolçu olub. O, 32 turun hamısında meydanda olub. Bundan başqa, Nurəhmədov həmin mövsüm 4 qol vurmaqla 2-ci ən sərrast futbolçu adını qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31