Respublika birinciliyinin final mərhələsinin qalibləri bəlli oldu
10 İyul 2014 18:08 İdman05- 09 iyul tarixində Mingəçevir şəhəri " Kür" Olimpiya İdman - Tədris Mərkəzinin idman zalında Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan voleybol üzrə 1999-2000-ci il təvəllüdlü qızlar arasında Respublika birinciliyinin final mərhələsi keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, finalda Şəki, Qax, Zaqatala, Mİngəçevir, Sumqayıtdan olan komandalar, eyni zamanda Bakı- 17 saylı UGİM (Sabunçu r.) , Bakı- 15 saylı UGİM (Xətai r.) və Bakı şəhər RİOEUGİM -un da daxil olamqla 8 komanda iştirak edib. Yarışın qalib və mükafatçıları Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə təltif olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31