Braziliya azarkeşi 1:7-dən sonra intihar etdi

10 sinif şagirdinin cəsədi ekpertizaya göndərilib

Dünya çempionatının yarımfinalında üz-üzə gələn Braziliya-Almaniya oyunundan sonra intihar hadisəsi baş verib. Braziliya yığmasının azarkeşi 10-cu sinif şagirdi Praqya Thapa özünü yaşadığı evin tavanından asaraq öldürüb. Qızın cəsədi anası tərəfindən tapılıb. Cəsəd ekspertizaya göndərilib. Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, iyunun 9-da dünya çempionatının yarımfinal mərhələsində Braziliya yığması Almaniya millisi ilə qarşılaşmışdı. "Alman maşını" "sambaçı"ları 7:1 hesabı ilə məğlub etmişdi. Bu ölkədə kəskin etirazlara səbəb olmuşdu. Hətta azarkeşlər bəzi futbolçuları döyməyə də cəhd etmişdi. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31