Onu Braziliyadan qovurlar

Dünya çempionatının III yer uğrunda oyunu Luis Felipe Skolarinin Braziliya millisində son matçı olacaq. Bunu Braziliya Futbol Konfederasiyasının yeni vitse-prezidenti Delfim Peyşotu açıqlayıb. Bu yaxınlarda vəzifəsinin icrasına başlayacaq braziliyalı yeni rəhbərliyin baş məşqçi dəyişikliyi edəcəyini bildirib: "Skolari bir də Braziliya yığmasında olmayacaq. Onu heç vaxt qaytarmayacağıq. Skolari bizim üçün yükdür". 2002-ci ildə Braziliyaya son çempionluğu qazandıran Skolari yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra ölkəsindəki bütün nüfuzunu itirib. Artıq onun yerinə "Korintians"ın baş məşqçisi, tam adı Adenora Leonardo Bakki olan Titenin gətiriləcəyi iddia edilir. apasport.a

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31