“Qəbələ” çətin sınaq qarşısında

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab  oyunları keçiriləcək. Premyer Liqamızın bürünc mükafatçısı "Qəbələ" səfərdə Bosniya və Hersoqovinanın "Şiroki Brieyq" klubu ilə qarşılaşacaq. İlk oyunda doğma meydanda rəqibinə 0:2 hesabı ilə yenilən təmsilçimiz səfər oyununda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bunun nə dərəcədə mümkün olacağı maraq doğurur. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu

23:30. "Şiroki Brieyq" (Bosniya və Hersoqovina) - "Qəbələ" (Azərbaycan) (İlk oyun 2:0)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31