Sneyder: "Penaltilər seriyasını yalnız bir komanda istəyirdi"
10 İyul 2014 14:06 İdmanHollandiya millisinin yarımmüdafiəçisi Uesli Sneyder "DÇ-2014"ün yarımfinalında məğlub olduqları Argentina ilə oyun haqda fikirlərini bölüşüb. "Football İtalia"ya danışan təcrübəli futbolçu komandasının finala yüksəlməyə layiq olduğunu bildirib: "Çox məyusuq. Ancaq komandam finala çıxmağa layiq idi. Biz matçın taleyini daha öncə həll etməli idik. Lakin penaltilər seriyasını yalnız bir komanda istəyirdi - Argentina. Penalti zərbəsini yerinə yetirə bilmədim. Məsuliyyəti üzərimə götürürəm. Ancaq bu futboldur. Penaltilər seriyasını heç sevmirəm". Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31