Maradona: "Almaniyanı məğlub etmək mümkünsüz deyil"

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmasının "DÇ-2014"ün finalına yüksəlməsinə münasibət bildirib.  "Ole"yə danışan Maradona komandasının həlledici görüşdə Almaniyaya da qalib gələcəyinə inandığını deyib: "Bu qələbə Argentina millisinin nüfuzunu geri qaytardı. Alexandro Sabelya yaxşı plan qurmuşdu. Argentina yaxşı oynamadı, ancaq rəqibin də nəsə etməsinə imkan vermədi. Finalda Almaniyanı məğlub etmək mümkünsüz deyil. Məncə, bunu bacararıq".

Qeyd edək ki, Hollandiyaya penaltilərdə 4:2 hesabı ilə qalib gələn Argentina yığması finala yüksəlib. Komanda həlledici görüşdə Almaniya ilə üz-üzə gələcək.  Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31