Hollandiyanın ağlatdığı uşaq VIDEO

Luka atasının komandasına görə kədərlənib

DÇ-2014-də baş tutan ikinci yarımfinal matçı ilə növbəti finalçının adına aydınlıq gəlib.ANS PRESS-in məlumatına görə, Braziliyanı darmadağın edərək finala vəsiqə qazanan Almaniya yığmasının rəqibi Hollandiya - Argentina qarşılaşmasından sonra bəlli olub.Oyunun əsas və əlavə olunmuş vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün oyunun taleyini penaltilər seriyası həll edib. "Tanqoçular"ın qapıçısı Romero avropalıların iki topunu zərərsizləşdirib. Messinin də çıxış etdiyi Argentina komandası isə bütün zərbələri dəqiq yerinə yetirib. Beləliklə, penaltilər seriyasında 4:2 hesabı ilə qələbə qazanan Argentina 24 il sonra yenidən dünya çempionatının finalına yüksəlib.Oyunun bu cür nəticə ilə başa çatması kiçikdən-böyüyə bütün holland azarkeşlərini məyus edib. Hətta onlardan biri Hollandiya futbolçusu Aryen Robbenin azyaşlı oğlu Luka olub. O, atasının oynadığı komandanın uduzmağına kədərlənərək, ağlamağa başlayıb. Robbenin çarəsizliyi kameralardan yayınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31