"Qəbələ" ilə oyunda yenə qələbə qazanmaq istəyirik"
9 İyul 2014 21:20 İdmanAvropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah "Qəbələ"ni qəbul edəcək Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa oyunöncəsi mətbuat konfransı keçirib. 43 yaşlı mütəxəssis cavab oyununda da qələbə qazanmaq istədiklərini bildirib: "Biz sabah yalnız mərhələ keçmək yox, qələbə də qazanmaq istəyirik. Ancaq tələsməyək. Komandamın "Qəbələ" ilə müqayisədə Avropa təcrübəsi daha çoxdur. Bu meydanda da görünür. Komandalar arasında fərq var. Azərbaycanda baş tutan ilk görüşdə bu fərqi gördük. Nəticə əldə etmək və növbəti mərhələyə adlamaq üçün sabahkı oyuna maksimum köklənməliyik".
Qeyd edək ki, "Şiroki Briyeq" - "Qəbələ" oyunu sabah, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Qəbələdə baş tutan ilk oyun Bosniya və Hersoqovina təmsilçisinin xeyrinə başa çatıb - 0:2. Anspress