Van Persi: "Psixoloji problemimiz yoxdur"

Hollandiya millisinin hücumçusu Robin van Persi "DÇ-2014"ün yarımfinalında bu gecə qarşılaşacaqları Argentina ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.  "Elfvoetbal.nl"a danışan təcrübəli futbolçu komandasında psixoloji problemin olmadığını bildirib: "Yarımfinala yüksəldiyimiz və kapitanlıq sarğısını daşıdığım üçün fəxr edirəm. Biz mundialın üç oyununda geridönüş etmişik. Bu, komandanın xarakterini göstərir. İndi də Argentina ilə oyuna hazırıq. Çoxları komandamızda psixoloji problemlərin olduğunu bildirir. Çünki biz heç vaxt dünya kubokunu qazanmamışıq. Ancaq belə deyil. Bu uğursuzluğu dəyişməyə hazırıq".

Qeyd edək ki, Hollandiya - Argentina oyunu bu gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31