Braziliya millisinə cəmi altı azarkeş təsəlli verdi

DÇ-2014-ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzan Braziliya millisinə cəmi altı azarkeş təsəlli verib. Matçdan sonra otelə qayıdan komandanı altı azarkeş qarşılayıb. Onlar futbolçulara Almaniyaya məğlubiyyəti unudub, üçüncülük uğrunda oyunu düşünməli olduqlarını deyib: "Braziliya məğlub olduğu üçün məyusuq. Amma biz burada birlik olduğumuzu göstərmək üçün buradayıq. Çünki biz braziliyalıyıq". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31