Alman futbolçu Braziliyadan üzr istədi

Almaniya millisinin futbolçusu Bastian Şvaynştayger "DÇ-2014"ün 1/2 finalında Braziliyaya 7:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu rəqib qapısına yeddi qol vurduqları üçün Braziliya xalqından üzr istəyib: "Belə hesabla qalib gələcəyimizi biz də bilmirdik. Rəqibə hörmət etmək istəyirdik, ancaq yenə də qapıya endirdiyimiz zərbələr qol olurdu. Braziliya xalqından üzr istəyirəm. Bu dünya kuboku bizim üçün bir yuxu kimidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31