David Luizin göz yaşları
Futbolçu biabırçı məğlubiyyətə görə üzr istəyib
9 İyul 2014 14:55 İdmanAlmaniyaya biabırçı məğlubiyyətdən sonra Braziliya yığmasının ulduzu David Luiz üzr istəyib. Futbolçu matçdan sonra açıqlama verib və 7:1 hesabına görə, azarkeşlərdən üzr istəyib. Bu zaman ulduz oyunçu göz yaşlarını saxlaya bilməyib."Hamıdan, bütün Braziliya xalqından üzr istəyirəm. Biz insanları əyləndirmək istədik. Braziliyalıları xoşbəxt etməyin nə qədər önəmli olduğunu bilirdik". Braziliyalı oyunçu rəqib almanların güclü olduğunu da etiraf edib. "Onlar bizdən daha yaxşı idilər. Oyuna daha yaxşı hazırlaşmışdılar. Təəssüflər olsun. Amma bundan öyrənəcəklərimiz var". Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31