Azərbaycanlı məşhurların Braziliya fəlakətinə həsr etdikləri statuslar
9 İyul 2014 14:00 İdmanDünən bütün dünya Almaniyanın Braziliyaya "Mineyrao" stadionunda tutduğu toyu izlədi. Braziliya "qırğını" ilə bağlı sosial şəbəkələrdə yazılan statuslar da maraqlılığına görə oyundan heç də geri qalmayıb. Almaniya-Braziliya oyununa həsr edilmiş ən maraqlı qeydləri təqdim edir.
Anar Heybətov: "Qurban olaram Azərbaycanın yığmasına. İndi bilərik qədrini".
Ramin Deko: "Skolari: "Oyunu saxlooooon".
Aslan İsmayılov: "Braziliya - Almaniya 0-5! Bağışlayın, sizin də televizor bu cür göstərir?!"
Aynur Elgünəş: "Braziliyanın qapıçısı dəqiq futbolçudur? Bəlkə, səhv salıb kuryerə forma geyindiriblər? Yazıq elə qapıdan top cıxarır:)".
"Sancaq": "Qapıçı Julio Sezar oyunun ardından verdiyi müsahibədə bildirib ki, bundan sonra karyerama "salat" olaraq davam edəcəm".
Emil Salamoğlu: "Mən ölmüşəm bəyəm, onu rəiyyət dəfn edə? Uşaqlardan 3-5 nəfər götürün, gedin Brazilyanın meyitini gətirin", - Kərbəlayi İsmayılın Almaniya oyunundan sonra bu tələbinə "Kim qalıb ki, Kərbəlayi, hami Rio-de-Janeyro qəbristanlığına yığışıb", - cavabı gəlir".
Mirmehdi Ağaoğlu: "Bunlar Üçüncü Dünya müharibəsi də edərlər :)".
Ehtiram Mehdiyev: "5-qat dünya çempionuyuq ki".
Azər Rəşidoğlu: "Almaniyanın çempionluğunu tanımayacağam".
Faiq Balabəyli: "Braziliya yağmura düşdü. Eheyy, Skolari! Komandana çətir gətir".
Aytən Məmmədova: "Braziliya "Açıq qapı" günü elan edib".
Qadir İbrahimli: "1950-ci ildə Braziliya finalda Uruquvaya uduzanda azarkeşlər səhərə qədər stadionda ağlamışdılar. Həmin gün Braziliya tarixinə "bütün Braziliyanın ağladığı gecə" kimi düşmüşdü. Almaniya ilə oyun, görəsən, Braziliya tarixinə necə düşəcək?"
Aynur İmranova: "Oyun 35:0-la bitəcək belə getsə. Hər 2 dəqiqəyə bir qol vurur Almaniya".
Məhəmməd Türkmən: "Almanlar brazilyalılara deyirlər ki: "Sizə dedik ki, qarşımıza çıxmoon". P.S. Almanlara səslənirəm. Bəsdirin. Vallah, lazım deyil".
Zaur Xudiyev: "Almaniya Azərbaycanı 6-1, Braziliyanı da 7-1 udursa, deməli, Azərbaycan Braziliyanı 1-0 uda bilər".
Rahil Kərimov: "Nemetski şot olmadı ee, qaqa, "oğlanlar" yığışıb qızların yerinə də vurdular".
Həsən Həsənov: "Heç olmasa ikinci yarıda faşistlik eləmööön".
Qabil Abbasoğlu: "8 min pul alıblar, oynamaqlarına bax".
Ərəstun Oruclu: "Sən demə, almanlar həm də yaxşı aşsüzən istehsal edə bilirlərmiş".
Elşən Allahverdiyev: "Günü sabah Berti Foqtsu şəhərin mərkəzinə qoyub başına fırlanmaq lazımdır".
Xatırladaq ki, Braziliya-Almaniya yarımfinal qarşılaşması 1-7 hesabı ilə başa çatıb. axar.az