"Cırtdan ölkə" erməniləri şoka saldı
9 İyul 2014 12:13 İdmanErmənistanın "Banants" klubu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşmasında Andorranın "Santa Koloma" klubunu 3-2 məğlub etdi, amma ilk görüşdə 1-0 məğlub olduğu üçün turniri tərk etdi. Erməni klubu qalib gəldiyi oyunun son saniyələrində şok yaşadı. Belə ki, "Santa Koloma" klubunun qapıçısı da son şans kimi rəqibin cərimə meydançasına daxil oldu. Gözlənilmədən Andorra klubunun qapıçısına ötürmə gəldi və o soyuqqanlılıqla topu qapıya göndərərək komandasına növbəti tur sevincini yaşatdı, erməniləri isə şoka saldı. Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31