Pelenin oğlu tutuldu
9 İyul 2014 10:55 İdmanBraziliya polisi əfsanəfi futbolçu Pelenin oğlu Edinyonu evində həbs edib. Musavat.com-un "Globo Esporte"yə istinadən verdiyi məlumata görə, əfsanəvi futbolçunun oğlu San-Paluda polis məntəqəsinə aparılıb.Bu tədbirin Edinyonun ölkədən çıxmasının qarşısının alınması üçün görüldüyü bildirilir.San-Paulu məhkəməsi Edinyoya narkotik ticarəti ilə bağlı ittiham irəli sürüb. Bu işlə bağlı araşdırmalara 2005-ci ildə başlanılıb. Edinyonun vəkilləri apellyasiya şikayətində bildiriblər ki, Pelenin oğlu narkotikdən yalnız istifadə edib və onun satışında rolu olmayıb.Qeyd edək ki, Edinyo məşhur atasından fərqli olaraq qapıç olub. O, "Santos" və "Ponte-Pretu" klublarının şərəfini qoruyub, daha sonra isə məşqçilik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31