"Xəzər Lənkəran" ən böyük problemini həll edə bilər - FOTO

Rumıniyanın "Dinamo" klubunun qapıçısı Kristian Balqraden Azərbaycan Premyer Liqasında çıxış edə bilər.İdmanxeber.com "Dolce-sport"-a istinadən xəbər verir ki, 26 yaşlı rumıniyalı qapıçı "İnter" və "Xəzər Lənkəran"ın maraq dairəsindədi.Buxarest klubu ilə müqaviləsi olan Rumıniya millisinin sabiq qolkiperini heyətinə qatmaq istəyən komanda 100 min avrosundan keçməlidir.Qapıçı axtarışında olan "Xəzər Lənkəran" üçün Balqraden yaxşı seçim ola bilər. Hər halda qapıçı problemi olan Cənub komandası 26 yaşlı rumıniyalını transfer etməklə bu mövqedəki çatışmamazlığını aradan qaldıra bilər. "İnter"in isə bu qapıçıyla maraqlanmadığını klub da təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31