DÇ-2014: Hollandiya, yoxsa Argentina?

Bu gecə DÇ-2014-ün digər finalçısının adı məlum olacaq.

Qol.Az-ın məlumatına görə, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi finalda Almaniya millisi ilə qarşılaşacaq. Məğlub olan tərəf isə iyulun 12-də üçüncü yer uğrunda Braziliya ilə üz-üzə gələcək.

9 iyul

"DÇ-2014", yarımfinal mərhələsi

01:00. Hollandiya - Argentina
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

8 iyul

01:00. Braziliya - Almaniya - 1:7
Qollar: Müller, 11 (0:1), Kloze,23 (0:2), Kros, 24 (0:3), 26 (0:4), Xedira, 29 (0:5), Şürle, 69 (0:6), 78 (0:7), Oskar, 90 (1:7)
Baş hakim: Marko Rodriqes (Meksika)
"Estadio Mineyrao". Belo Horizonte

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31