"Karyeramın sonunda DÇ-nin qalibi olmaq istəyirəm"

Alman oyunçu dünya çempionatında ən çox qol vuran futbolçu kimi rekorda imza atıb

Futbol üzrə Dünya çempionatının finla mərhələlərində vurulaq qollara görə rekord sahibi Miroslav Kloze Braziliya üzərində qələbədən sonra DÇ-nin qalibi olmaq istəyini açıqlayıb.ANS PRESS-in məlumatına görə, Kloze "Bu mənim üçün artıq Dünya Çempionatının 2-ci finalıdır. Birincidə biz uduzmuşduq, lakin mən çox istərdim ki, karyeramın sonlarında Dünya Çempionu titulu qazanım. Bu mənim burda əsas məqsədimdir və mən şadam ki, bu gün biz ona tərəf əsaslı addım atdıq. Mənim rekorduma gəlincə, əlbətdə buna da şox şadam, lakin mənim əsas məqsədim komandanın qalibiyyətidir" deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31