Ronaldo: Əvəzini ağır ödədilər

Əfsanəvi Ronaldo Braziliya-Almaniya qarşılaşmasını şərh edib

Braziliyanın Dünya Kuboku yarımfinal matçında Almaniyaya 7-1 uduzmasını şərh edən Ronaldo, bu məğlubiyyətin Braziliya tarixinin ən fəlakət matçlarından biri olduğunu dilə gətirib.ANS PRESS-in məlumatına görə, əfsanəvi futbolçu şərh verərkən "Skolarinin oyunçuları öz səhvlərinin əvəzini ağır bir şəkildə ödədi. İndi Braziliyanın heç olmasa üçüncülüyü almaq kimi ağır bir vəzifəsi var" deyə söylədi.Qeyd edək ki, Braziliya, Hollandiya-Argentina qarşılaşmasının məğlubu ilə üçüncülük mübarizəsi verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31