Neymarın yoxluğu (FOTO)
"Kaş Neymar olaydı"
9 İyul 2014 09:26 İdmanBraziliyada keçirilən futbol üzrə dünya çempionatının ilk finalçısının bəlli olduğu matç Neymarsız keçib.ANS PRESS-in məlumatına görə, çempionatın yarımfinal oyununda Almaniya ilə qarşılaşan "sambaçılar" matçdan əvvəl zədələnməsi səbəbilə turnirdən uzaqlaşdırılan komanda yoldaşı Neymarı xatırlayıblar.Belə ki, oyundan əvvəl himn oxunan zaman komanda kapitanı Xulio Sezar və Devid Luis Neymarın formasını əllərində tutublar, daha sonra isə forma bir-bir digər futbolçulara ötürülüb.Təkcə futbolçu yoldaşları deyil, həmçinin braziliyalı azarkeşlər də üzlərinə "Neymar maskaları" taxaraq futbolçuya dəstəklərini və sevgilərini çatdırıblar.Ötən gecə Neymarsız keçirilən Almaniya qarşılaşmasında Neymarın komandasının utandırıcı məğlubiyyəti isə bəzi azarkeşləri "kaş Neymar olaydı" deməyə vadar edib.Xatırladaq ki, Neymar Braziliyada keçirilən futbol üzrə Dünya çempionatında Kolumbiya ilə görüşdə onurğasından zədələnərək kubokun növbəti oyunlarından kənarlaşdırılıb.