"Argentinada Messi, bizim də Robbenimiz var"
8 İyul 2014 20:20 İdmanHollandiya millisinin gələcək baş məşqçisi Qus Hiddink yığmasının "DÇ-2014"ün yarımfinalında qarşılaşacağı Argentina ilə oyun haqda fikirlərini bildirib. "Telegraaf.nl"a danışan təcrübəli mütəxəssis Hollandiyanın Argentina ilə oyunda öz gücünə inanmalı olduğunu deyib: "Hollandiya millisi dünya çempionatına yaxşı hazırlaşıb. Komanda Argentina ilə oyunda öz gücünə inanmalıdır. Bəli, rəqibin heyətində Lionel Messi kimi ulduz futbolçu oynayır. Ancaq bizim də Aryen Robbenimiz var".
Qeyd edək ki, Hollandiya - Argentina oyunu sabah gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31