İndən sonra heç kəs “Real Madrid”də 9 nömrəli olmayacaq
8 İyul 2014 18:26 İdmanİspaniyanın "Real Madrid" futbol klubu 9 nömrəli formasını iyulun 7-də dünyasının dəyişən, komandanın keçmiş oyunçusu 89 yaşlı Alfredo di Stefanonun adına əbədiləşdirib. Klubun prezidenti Florentino Perez məsələ ilə əlaqədar ispan mətbuatına verdiyi açıqlamada 9 nömrənin ölümsüzləşdirdiklərini bildirib: "Alfredo di Stefano "Real Madrid" deməkdir. 9 nömrənin adına əbədiləşdirilməsi onun ən təbii haqqıdır". Qeyd edək ki, "Ayaks"ın 14 nömrəsi Yohan Kryufun, "Napoli"nin 10 nömrəsi Maradonanın, "İnter"in 4 nömrəsi isə yalnız Zanettiyə aiddir. Di Stefano 1953-1964-cü illər aralığında "Real Madrid"də ynadığı 282 oyunda rəqib qapılarına vurdğu 216 qolla şöhrət qazanıb. O, 2000-ci ildən "Real"ın, 2008-ci ildən isə UEFA-nın fəxri sədri olub. ("OLAYLAR" İA)