PFL bir oyunun yerini dəyişdirdi
13 Dekabr 2013 12:54 İdmanFutbol üzrə azərbaycan I Divizionunda 14-cü turun "Qaradağ Lökbatan" - "Şəmkir" matçının keçirilmə yeri dəyişdirilib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün hava şəraitilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmamasıdır.
Bu səbəbdən oyun Binə qəsəbə stadionunda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31