Məhkumlar arasında futbol yarışı keçirilib

Penitensiar xidmətin Tərbiyə müəssisəsində saxlanılan yeniyetmə məhkumların idmana maraqlarının artırılması, vətənpərvərlik ruhunda tərbiyəsi və kollektivçilik vərdişlərinin mənimsənilməsi məqsədilə Bakı Şəhər Gənclər və İdman idarəsi ilə birgə tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Tərbiyə müəssisəsində növbəti futbol turniri təşkil edilib. 16 yeniyetmənin iştirak etdiyi turnirdə 4 komanda iştirak edib, qaliblər mükafatlandırılıb.

Tədbirdə Penitensiar xidmətin Tərbiyə işinin təşkili  və Bakı Şəhər Gənclər və İdman idarəsinin məsul əməkdaşları iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31