Avropanın ən yaxşıları
12 Dekabr 2013 12:42 İdmanÇempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin 1/8 finalına vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Avropanın 16 ən güclüsü sırasında 8 ölkə təmsilçiləri yer alıb. Almaniya və İngiltərə hərəyə 4, İspaniya 3, Fransa, İtaliya, Rusiya, Türkiyə, Yunanıstanın isə 1 klubu mübarizəni davam etdirir.
Gələn il keçiriləcək 1/8 final mərhələsinin püşkatması dekabrın 16-da baş tutacaq. Bu mərhələdə qrup mərhələsinin qalibləri 2-ci yer sahibləri ilə görüşəcək. Burada eyni ölkə təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə qarşılaşa bilməz.
1-ci yer sahibləri: "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya), PSJ (Fransa), "Bavariya" (Alrmaniya), "Çelsi" (İngiltərə), "Borussiya" (Almaniya), "Atletiko" (İspaniya), "Barselona" (İspaniya).
2-ci yer sahibləri: "Bayer" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Olimpiakos" (Yunanıstan), "Mançester Siti" (İngiltərə), "Şalke" (Almaniya), "Arsenal" (İngiltərə), "Zenit" (Rusiya) i "Milan" (İtaliya).