Stenli Brard: Bu, böyük çağırış deməkdi - MÜSAHİBƏ

Dekabrın 15-dən 21-dək Braziliyanın Araponqas şəhərində 17 yaşadək futbolçular arasında "Laranja Mekanika" adlı beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, "Qəbələ"nin müvafiq yaş qrupundan ibarət komandası da bu yarışda iştirak edəcək. Komandanın rəhbəri kimi Braziliyada olan və dekabrın 18-də burda seminar deyəcək "Qəbələ" Futbol Akademiyasının rəhbəri Stenli Brard müsahibəsində ölkəmizdə çalışmasından danışıb.

- Siz "Feyenoord" Akademiyasının direktoru kimi uğurlu işlədiniz və 2013-cü ilin iyulundan etibarən "Qəbələ"də çalışırsınız. Bu klublar arasında hansı fərqli cəhətlər var?
- Ən əsas fərq ondadır ki, "Feyenoord" futbolda böyük tarixə malikdir. "Qəbələ"də isə indi-indi baza vərdişləri və taktiki şeylər təkmilləşdirilir. Orda şərait və məşq imkanları çox yaxşıdır. Məndə oyunçuların inkişaf edəcəyinə dair yaxşı hissiyyat var. Ona görə istisna etmirəm ki, azərbaycanlı futbolçular gələcəkdə daha da gözəl oyunlarını keçirə biləcəklər.

- Braziliyada nadir hallarda xarici komandalar oynayırlar. Burda oynamaq üçün gələn dəvəti qəbul etməyə sizdə hansı motivasiya əsas oldu?
- Təcrübə toplamaq. Gənc oyunçular məşq etməli və kifayət qədər oyun keçirməlidirlər. Bu görüşlər də fərqli ölkə və mədəniyyətə sahib olan rəqiblərə qarşı olmalıdır. "Qəbələ" belə dəvət aldığına görə çox məmnundur və ona görə də biz dərhal bu dəvəti qəbul etdik.

- Sizin üçün Azərbaycanda aşağı yaş qruplarında futbolun səviyyəsi necədir?
- Bizdə yaxşı futbolçular var. Ancaq digər ölkələrdə olduğu kimi, o qədər də çox deyil. Azərbaycanda məşqçilər və digər klublar üçün oyunda qazanılan qələbə çox vacib sayılır. Ancaq mənim üçün belə deyil. Mənim üçün hər idmançının fərdi şəkildə inkişaf etdirilməsi əsas amildir. Qalib ruhu hər bir oyunçunun ürəyindən gəlməlidir. Biz bu yöndə inkişaf etməliyik. Bu isə vaxt aparan işdir.

- Niyə görə "Qəbələ" sizi klubda işləməyə dəvət etdi?
- Keçmişdə mən "Arsenal"ın sabiq futbolçusu Toni Adamsla "Feyenoord"da işləmişdim. Toni mənə bu komandaya keçməyimi məsləhət gördü.

- "Qəbələ"də əsas hədəf hansılardır?
- Mənim məqsədim əsas komanda ilə akademiya arasındakı fərqi azaltmaqdır. Bu isə böyük çağırış deməkdir. Ancaq mən belə işləri sevirəm.

- Braziliyada futbolun kütləviləşməsi haqqında nə bilirsiniz?
- Sizin ölkədə çox sayda futbolçu, özü də böyük bacarıqlara sahib olan olduqca çox oyunçu var. Yarış çox çətin keçəcək və böyük motivasiya tələb edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31