Mourinyo "Qalatasaray"la qarşılaşmaq istəmir

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalındakı potensial rəqibləri haqda danışıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, püşkatmada ən çətin rəqib olaraq "Qalatasaray"ı gördüyünü deyib: "Çox güclü rəqiblərimiz var. Ancaq bizə "Qalatasaray"la düşmək daha çətin olar. Bununla belə, Droqbanın "Çelsi"yə gəlməsini çox istəyərəm"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31