"Oyunçularıma istirahət verməyi düşünmürəm"
11 Dekabr 2013 19:54 İdman"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Napoli" ilə oyunöncəsi açıqlama verib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bərabərliyin belə onları növbəti mərhələyə çıxaracağına baxmayaraq, diqqətli oynamalı olduqlarını deyib: "Oyunçularımdan heç birinə istirahət verməyi düşünmürəm. Bəlkə kiçik dəyişikliklər ola bilər. Bizim hazırkı hədəfimiz qrupdan çıxmaqdır. Əgər qrupu lider olaraq tamamlasaq, lap yaxşı olar. "Napoli" ilə oyun çətin olacaq. Ancaq biz "Borussiya" (Dortmund) və "Fənərbaxça" kimi təhlükəli səfərlərdə qələbə qazanmışıq".
Qeyd edək ki, "Napoli" - "Arsenal" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31