Ançelotti: "Ən təhlükəli rəqib "Mançester Siti"dir"
11 Dekabr 2013 19:13 İdman"Son dərəcə ciddi və çətin bir matç oldu. Futbolçularım istədiyim kimi oyun sərgilədilər. "Real" (Madrid) formasını geyinmək belə bizə əlavə güc verir. O forma üzərində olanda ən yaxşısı etməyə çalışırsan". Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə oyundan (2:0) sonra deyib.
O, növbəti mərhələyə yüksələn digər rəqiblərini də dəyərləndirib: "Qruplarını ikinci bitirən klublardan ən təhlükəlisi "Mançester Siti"dir. Ancaq bizim məqsədimiz rəqibimiz kim olursa-olsun, qalib gəlməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31